KANAL24.AZ
Az Iw En Ru

Saakaşvili prokurorluğa gəldi, amma ifadə vermədi

Mixail Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəlib.

Kanal24 xəbər verir ki, bu barədə informasiyanı RT yayıb.

Prokurorluğun qarşısında jurnalistlərə açıqlama verən Saakaşvili ona qarşı cinayət işi ilə razılaşmadığını deyib:

“Mənə qarşı açılan cinayət işinin mahiyyəti nədən ibarətdir? Guya mən Rusiya Federal Təhlükəsizlik Xidmətinin casusuyam və Ukraynada çevriliş etmək istəyirəm”.

***

Mixail Saakaşvili Ukrayna Baş Prokurorluğunda ifadə verməkdən imtina etdi.

Bunu jurnalistlərə açıqlamasında ukraynalı prokuror Aleksandr Qovoruşakak söyləyib. Onun sözlərinə görə, Saakaşvili Baş Prokurorluğun binasında jurnalistlərə açıqlama verdikdən sonra ifadə verməkdən imtina edərək, binanı tərk edib:

“O, Baş Prokurorluğun xidməti kabinetinə dəvət edilmişdi. Lakin prokurorluğun binasına daxil olduqdan sonra o, ifadə verməkdən imtina edib”.


20:19 18.12.2017