KANAL24.AZ
Az Iw En Ru

Bu bizim əsas vəzifələrimizdən biridir – İlham Əliyev

“Avronyus” telekanalında Bakıda keçirilən “Bakutel-2017” sərgisi ilə bağlı reportaj yayımlanıb.

Sərginin əhəmiyyətindən danışılan reportajda Prezident İlham Əliyev “Avronyus”un müxbirinin sualını cavablandırıb:

“İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim əsas vəzifələrimizdən biridir. Bizim iqtisadiyyatımızın şaxələndirilməsi strategiyası çərçivəsində bu, zəruridir”.

Beynəlxalq Elektrorabitə İttifaqının məlumatına görə, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından 176 ölkə arasında 65-ci yeri tutur. Bakı bu sektorun inkişaf strategiyasını işləyib hazırlayıb.


22:31 18.12.2017