KANAL24.AZ
Az Iw En Ru

Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir

Bu, bir həqiqətdir  ki çağdaş Azərbaycan hazırda beynəlxalq münasibətlər sistemində
etibarlı tərəfdaş və nüfuz sahibi  kimi tanınır. Biz bölgənin lider dövləti statusunu qazanmaqla
bərabər, həm də beynəlxalq aləmin diqqət yetirdiyi siyasi və humanitar mərkəzi kimi də qəbul
edilirik. Məhz bu günlərdə Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Paytaxtımıza 110 ölkənin 700
nümayəndəsinin gəlməsi Forumun möhtəşəmliyini təsdiq edir.
Bu, tədbir dünya dövlətlərinin nüfuzlu siyasətçilərini, ziyalılarını, vətəndaş cəmiyyətinin
nümayəndələrini bir araya gətirdi. Məhz bu baxımdan Forumunun açılış mərasimində
Prezident İlham Əliyevin çıxış edərək dünya üçün önəmli mesajlar  verdi.
Ölkəmizin başçısının nitqi dünyanın bir çox dövlətlərinin nüfuzlu kütləvi informasiya
vasitələrində ətraflı işıqlandırıldı. Eyni zamanda, dünyanın siyasi ekspertləri və analitikləri
Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat, beynəlxalq hüquqa hörmətlə
yanaşan, bir dövlət başçısı olduğunu ifadə etdilər. Beynəlxalq aləmdə  sivilizasiyalararası
qarşıdurmaların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan
sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir. Həmçinin  bu Forum
Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında müstəsna rola sahib olduğunu bir daha
göstərdi. Bu gün də Azərbaycan xalqının  qədimdən gələn tolerant və mehriban birgəyaşayış
ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında
nümunə kimi göstərilir. Dövlətimizdə müxtəlif dinə, dilə malik xalqların nümayəndələri bir ailə
kimi yaşayır. Burada fəaliyyət göstərən bütün dini icmalara ölkə rəhbərliyinin diqqət və qayğısı
yüksəkdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi multikulturalizm Azərbaycan vətəndaşları
üçün həyat tərzidir.  Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqlar öz
dövlətlərinin və Ali Baş Komandanlarının ətrafında sıx birləşdilər. Onlar yeganə vətənlərinin
Azərbaycan olduğunu bütün dünyaya çatdırdılar. Məhz bu birlik nəticəsində Azərbaycan 30 il
Ermənistan işğalında olan torpaqlarını azad etdi. Ölkə başçısı da Forumda bəyan etdi ki,
Azərbaycan sülhü müharibə vasitəsilə təmin edib: “Ermənistanın 30 illik işğalına son qoyuldu.
BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq işğala son
qoyulmamışdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin
böyük hissəsini azad etdi. Ötən ilin sentyabr ayında isə ölkəmiz ərazi bütövlüyü, suverenliyini
tam şəkildə bərpa edib. Bütün bunlara baxmayaraq Azərbaycan Ermənistana sülh sazişi ilə
bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürən tərəf oldu. Azərbaycanın təklif etdiyi baza
prinsipləri əsasında iki tərəf arasında hazırda sülh danışıqlar davam edir”.
Bu danılmaz faktdır ki, ölkəmizin başçısı hər zaman beynəlxalq hüququn prinsiplərinə
hörmətlə yanaşıb və sosial, hümanitar siyasətini də bu istqamətdə davam etdirib. Azərbaycan
dövləti  daim sülhə, bərabərliyə, ədalətə, o cümlədən, bəşəriyyətin gələcəyinə müsbət təsir
göstərən işlərə xidmət edən siyasət həyata keçirir. COP-29 kimi dünyanın ən nüfuzlu
tədbirinin Azərbaycanda keçirilməsi barədə dünya dövlətlərinin yekdil qərarı Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasətə verilən çox yüksək qiymətdir.
Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasi  iradəsinin və geosiyasi hadisələrə
vaxtında və müdrikcəsinə yanaşmasının nəticəsi  olaraq bu gün regionumuzda sülhün və
sabitliyin təmin olunması təşviq və təbliğ edilir. Məhz bu reallığı görən beynəlxalq nüfuzlu
siyasətçilər VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışlarında ölkəmizin
 regionda yaratdığı yeni reallıqlara müsbət yanaşırlar.
Vüsal Hüseynov,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin rəisi


09:44 06.05.2024
Xəbər lenti
Bütün xəbərlər