KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanla Qırğızıstan arasında münasibətlər həm də ruhi yaxınlıqla bağlıdır

Azərbaycan tolerant dövlətdir, bəşəri dövlətdir. Belə bir dövlətlə ikitərəfli münasibətlər
hər iki dövlətin istər siyasi, istərsə də iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Siyasi
münasibətlər, bir qayda olaraq, iqtisadi münasibətlərin inkişafında başlıca arqument olur. Bu
tezis Azərbaycanla Qırğız Respublikası arasında da kifayət qədər yüksək səviyyədə davam
etməkdədir.
Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanda rəsmi
səfərdə oldu. Bu səfər də ikitərəfli münasibətlər müstəvisində tarixləşəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu görüşlə əlaqədar 
mətbuata verdiyi bəyanatda qeyd etdi ki, qarşılıqlı fəaliyyətin gündəliyi kifayət qədər
genişdir. Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı
fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə
əməkdaşlığa dair praktiki müstəvidə öz təsdiqini tapacaq.
Azərbayan Respublikasının Prezidenti Cənab İlham Əliyev bəyanatda bildirdi:
“Energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda
bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də
Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir”
Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri keçiriləcəyini bildirən cənab Prezident
qürurla xatıqlatdı ki, böyük Qırğız yazıçısı, Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun
Bakıdakı abidəsinin açılışı böyük mədəni hadisədir.
Səfər çərçivəsində ikitərəfli görüşdə “Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”,
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika
Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi
arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair
Anlaşma Memorandumu” və s. kimi sənədlər imzalandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda görkəmli qırğız
yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində çıxışında dünya şöhrətli yazıçının
ədəbi nüfuzunun olduqca yüksək olduğunu  qeyd edərək dedi: “Çingiz Aytmatov
münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək
mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmişdir. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil,
həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət
qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların
qəlbində yaşayır”...
Rauf Zeynalov,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecində Qiyabi şöbənin müdiri


21:30 26.04.2024