KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var

Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət
bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz
regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət
baxımından böyük əhəmiyyət kəsb edir.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri
çərçivəsində liderlərin mətbuata bəyanatlarla çıxışı zamanı Prezident İlham Əliyev
ölkəmizin Mərkəzi Asiya ilə yaxınlaşmasının əhəmiyyətindən də danışıb.
Dövlətimizin başçısı qeyd edib ki, “Bu gün Mərkəzi Asiya və Xəzər regionları,
Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları,
nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Ən başlıcası, qardaş
ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Onların
arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir”.
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan
artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji
əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan
artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji
əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. “Çox şadam ki, biz iqtisadi-
ticari sahədə fəal əməkdaşlıq edirik. Ticarət dövriyyəsinin dəfələrlə artmasına dair bu
gün rəqəmlər səsləndirildi. Baxmayaraq ki, mütləq rəqəmlər hələ çox böyük deyil.
Amma potensialın artması tendensiyası mövcuddur. Bu gün, həmçinin Azərbaycan-
Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalandı.”
Bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk
dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan
Prezidenti Sadır Japarovun bu gün Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında
mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi
əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük
addımların atılmasına şərait yaradacaq.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


22:31 26.04.2024