KANAL24.AZ
Az Iw En Ru

İcra başçısı onu xidmət rəisi təyin etdi 

Binəqədi Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Kanal24 xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

Əmrə əsasən, Seymur Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Əliyev bu təyinatadək Binəqədi RİH-nin Sakinlərin Müraciət Xidmətində müfəttiş operator vəzifəsində çalışıb.

 

 


23:59 26.04.2022
Xəbər lenti
Bütün xəbərlər