KANAL24.AZ
Az Iw En Ru

BÜTÜN TERROR TƏŞKİLATLARIN İRİ DÖVLƏTLƏR YARADIR, MALİYYƏŞDİRİR VƏ İDARƏ EDİR!

TERRORizm --- bir qrup qanundan kənar vələduznaların qabaqcadan fikirləşilmiş zorakılıq və ya zorakılıqla hədələmə qorxusu ilə siyasi, dini, İdeoloji məqsədlərinə çatmaq üçün hakimiyyəti, cəmiyyəti, nələrəsə məcbur etmək metodudur.
Müasir dövürdə əsas terror şəbəkələri Dini zəmində fəaliyyət göstərən və Siyasi məqsədlərə çatmaq zəmnində olanlardır.
Dünyanın istənilən ölkəsində, istənilən zaman terror aktı törətmək adi bir hadisəyə çevrilib.
Ən son terror aktı Yaxın qonşumuz və müttəfiq dövlət statusunda olan Rusiya ərazisində
22 mart 2024-cü ildə saat 19:55 -- 20:11 ərəfələrdə "Piknik" rok qrupunun konserti qabağı Moskva şəhərində, Müslüm Maqamayev adına КРОКУС СИТИ ХОЛЛЕ ("Krokus Siti Holl") konsert zalında baş vermişdir. Bu terror aktı bütün dünya İnformasiya efirlərində və sosial şəbəkələrdə müzakirə edilən ən "qaynar" məlumatdır. Terror və yanğın nəticəsində son məlumata əsasən 150 nəfər həlak olub, 360 nəfər yaralanıb, ""Krokus Siti" konpleksinə 9,5-11,5 milyard rus rublu dəyərində əmtəə zərəri vurulub.
Son məlumata əsasən 9 nəfər terrorda şübhəli hesab edilən adam saxlanılıb. Saxlananların böyük əksəriyyəti Tacikstan vətəndaşlarıdır. Bu terror öz miqyasına və insan itkilərinin sayına görə Vladimir Putinin hakimiyyəti illərində baş vermiş terrorlarda 01 sentiyabır 2004-cü ildə Şimali Osetiyaın Bislan şəhərində orta məktəbdə baş verən terror faciəsindən sonra ikincidir. Xatırladım ki, Bislan terrorudna 32 nəfər terrorçunun terrorunun 333 nəfər öldürülən, 783 nəfər yaralanan qurbanı olmuşdur.
Əvəlcə
" КРОКУС СИТИ ХОЛЛЕ" (Crokus Sity Hall) haqqında qısa məlumat verim. 25 oktyabır 2009-cu ildən fəaliyyətdə olan Rusiyada, Moskva vilayətində Krasnoqorsk şəhərində, Mejdunarodnıy küçəsi 20 yerləşən, 6200 - 9500 nəfər tamaşaçı tutumu olan bu konsert kompleksi Azərbaycanlı iş adamı Araz Ağalarovun mülküyyəti idi. . Mən bu məqaləmdə Rusiya siyasi hakimiyyətində və Güc strukturlarında 01 yanvar 1999-cu ildən etibarən baş verən siyasi olayları Baş verən hadisələrdə Siyasi hakimiyyətdə olanların siyasi fəaliyyətinin Səlist Məntiqi Düşüncə əsasında vəhdətini qurmaqla analizin verməyə çalışacam. SSRİ Dövləti 26 dekabır 1991-ci ildən etibarən dağıldıqdan sonra Rusiyada 25 dekabır 1991-ci ildə ilk prezident seçilmiş Boris Yltsin hakimiyyətdə olduğu 31 dekabır 1999-cu ilə kimi, Rusiyada 4-16 sentiyabır 1999-cu tarixlərində törədilmiş terror əməliyyatlarından birincisi 4 sentiyabır 1999-cu ildə Buynaks şəhərində, ikincı və üçüncüsü Moskva şəhərində 8-9 və 13 sentiyabır 1999-cu ildə, dördüncüsü isə Volqonosk şəhərində törədildi. Hər 3 şəhərdə törədilmiş terrorda ümumilikdə 307 nəfər öldürülüb, 1700 nəfər yaralanmışdır. Rostov vilayəti Volqonosk şəhərində, Oktyabır şosesi küçəsində doqquz mərtəbəli binanın yanında, QAZ-53 yük maşınında, səhər saat 5:45-də 16 sentiyabır 1999-cu ildə törədilən partlayış nəticəsində 19 nəfər öldü, 89 nəfər isə yaralandı.
Bu terroru Rusiya rəsmiləri İslam terrorçularının adına yazsada əksər tədqiqatçılar, jurnalistlər əsas versiyalarla razılaşmır və bu partlayışların Rusiyanın FTX(Federal Təhlükəsizlik Xidməti) təşkilatının və Rusiya hakimiyyətinin bilavasitə iştirakı ilə Boris Yltsinin özünə davamçı seçdiyi Vladimir Putinin hakimiyyətə gətirilməsi üçün törədilmişdir.
Yeri gəlmişkən qeyd edim ki,
B. Yltsin 1999-cu ilin avqust ayında Vladimir Putini Çeçenistan "hakimiyyəti" ilə mübarizəyə rəhbər təyin etmişdi.
Vladimir Putin 25 iyul 1998-ci ildən 9 avqust 1999-cu ilə FTX direktoru, 26 mart 1999-cu ildə Rusiya Təhlükəsizlik SOVETİnin katibi, 16 avqust-31dekabır 1999-cu ildə Rusiya Nazirlər Kabinetinin sədiri, 31 dekabır 1999-cu ildən 7 may 2000-ci idə Rusiya Prezidenti vəzifəsinin müvəqqəti icraçısı olub.
Rusiyada 26 mart 2000-ci ildə keçirilmiş prezident seçkisində 52,94% səs toplamaqla ilk dəfə Rusiyanın prezidenti seçilmişdir.
17 mart 2024-cü ildə keçirilən seçkilərdə 87,28% seçici səsi toplayan Vladimir Putin yenidən 07 May 2030-cu ilə kimi Rusiya dövlət başçısı seçilib.
Ümumi məlumatlardan sonra keçək hadisələrin baş vermə ardıcıllığı analizinə.
Terrordan sonra "İslam dövləti" özlərini "İD-X" və ya "Xorasan vilayəti" adlandıran terror təşkilatı baş verənləri öz üzərinə götürdü. Maraqlısı odur ki, terrorçular çox primitiv sanki əvvəldən ssenarisi verilmiş tamaşa formatında "həvəskar artistlərin" iştirakı ilə aparılmasıdır. Həbs edilənlərin heç biri nə sir-sifətcə, nə fiziki gpstəriciləri ilə, nə davranışları ilə terrorçuya oxşamırlar. Sanki terror yox təlim keçən "mülkü" vətəndaşlar veyillənə-veyillənə sağa-sola atəş açırlar, terrorçuların silahları ov silahları və "Сайга" 12, "Вепрь"410 karabinləri olub, sonra tələsmədən yanğın törədirlər, daha sonra sakitcə küçə kamerası altında parkovka etdikləri ağ rəngdə "Renault Symbol" avtomobilinə oturub hadisə yerindən uzaqlaşırlar....
Bu terror əməliyyatı mənə Leonid
Qaydayın çəkdiyi :"Операция
"Ы" и другие приключения Шурика" komedyasında Maqazində oğurluq səhnəsin xatırlatdı. Təsəvvür edirsiz terrorçular Bryansk vilayətinin Navlinskiy rayon ərazisində Ukrayna sərhədlərindən onlarla km məsafədə saxlanılsalarda elə qələmə verirlər ki, sanki onları elə Ukrayna ilə sərhəddə tutublar. Bu isə bilərəkdən Rusiyanın bu terrorda Ukraynanın əlinin olmasın önə çəkilməsi deməkdir.
Saxlanılan şübhəliləri hələki Moskva Basman məhkəməsinin qərarı ilə Bir ay 28 sutka həbs ediliblər.
Bryansk vilayəti ərazisində ilk saxlanılanlar Tacikistan vətəndaşları Dalercon Mirzoyev 32 yaş, Seyidəkrəmi Rəcəbslızadə 30 yaş, Şəmsəddin Fəriduni 25 yaş, Muhəmmədsabir Fayzov 19 yaş.
Fikrimcə Rusiya Federal Təhlükəsizlik Xidməti rus xalqının 2 ildən artıq davam edən Xüsusi Hərbi Əməliyyatlardan artıq təngə gəldiklərindən baş verə biləcək çaxnaşmaların qarşısını almaq, səngitmək üçün planlaşdırılmış öncədən qabaqlayıcı tədbirlər silsiləsindən biridir. Belə ki, bu terroru Ukraynanın ayağına yazmaqla xalqın birləşməsinə və Ukraynaya qarşı daha qəddar davranmağa xalqdan "icazə almaqdır". Rusiya prezidenti və Hərbi rəhbərliyinin terror hadisəsindən dərhal sonra Ukraynanı ciddi hədələnməsi və cavabnın daha dağıdıcı veriləcəyi xəbərdarlığı buna əyani subutdur.
Düzün desək Rusiya məcburdur Ukraynada daha ciddi hərbi əməliyyatlar etsin. Çünkü qeyri rəsmi olsa belə 2 ildən artıqdır ki, Ukrayna ərazisində Rusiya təkbə-tək ABŞ, NATO və digər dövlətlərə qarşı III Dünya müharibəsi aparır! Bəli məhz lll dünya müharibəsi! Daha hansı donu geydirmək olar bu müharibəyə?! Artıq kiçik bir uşaqda dərk edir ki, Ukrayna ərazisində Dünyanın yeni ərazi və iqtisadi bölgüsü aparılır. Əgər ABŞ, NATO belə antirusiya davam etsə gec-tez Rusiya Nüvə silahını işlədəcək bu isə artıq bəşəriyyətin, dünyanın məhvi olacaq. Heç vaxt Rusiyanın məğlubiyyətinin olacağına, parçalanacağına inanmayın, Putin açıq-aşkar dəfələrlə deyib ki, "Əgər Rusiya üçün reyal təhlükə olsa Nüvə silahından istifadə ediləcək!". Bu sözləri "BLEF" adlandırmaq ağılsızlıqdır. Sual edirəm: Bəs Rusiya 7 min ədəd Nüvə silahın nəyə görə yaradıb? Əgər Rusiya dağılacaqsa, Rus xalqı məğlub olacaqsa bəs onda Nüvə silahı nə üçündür?.... Bunun bir cavabı var : KAPİTALİST HƏRB SİLAHI İSTEHSALI DƏLƏDUZLARININ BİRLİYİ əl-ələ verib 8 milyardlıq dünya əhalisin qorxu altında saxlamaqla öz silah istehsallarına milyardlarla dollar xərclənməsinə haqq qazandırırlar. Yadınızda varmı 2019-cu ildə DÜNYA KAPİTALİST DƏLƏDUZLARININ COVİD-19 oyunları? Bəs nə oldu? Nəticədə milyardlarla dərman adı ilə pullar qazanılandan sonra sanki Ukrayna krizisinin başlanması ilə yoxa çıxdı. Hanı COVİD?! ..... Qayıdaq terrora, bəli mən əminəm ki, bu Rusiyanın Dünya üçün guya təhlükə mənbəyi olan müharibənin davamı üçün, silah istehsalı ilə milyardlar qazanmaq üçün atılan növbəti bir "addımdır"!
Yer kürəsində elə bir terror təşkilatı yoxdur ki, hər hansı bir İRİ Dövlətin XÜSUSİ TƏHLÜKƏSİZLİK Xidmətlərinin PEŞQASI rolun oynamasın! . Bu terror təşkilatları İRİ Dövlətlərin sadə vətəndaşları itaətdə saxlamaları üçün "XOXAN" rolun oynayır! İnanın İRİ Dövlətlər terror təşkilatların özləri yaradır, maliyyələşdirir, vaxtı çatanda məhv edib yenisini yaradırlar. Neçəki dünyanı bir qurup kapitalist dələduzları idarə edəcək dünyanın bəlası bitən deyil.Xalqının, dövlətinin təhlükəsizliyini dərk edib qorumağa cavabdeh olan Dövlət Təhlükəsizlik Xidmətləri ilin 365 günün terrorla mübarizə aparmalıdır. Terror bütün xalqlar üçün ən gözlənilməz yerdə, gözlənilməz istiqamətdən ola bilər.
Azərbaycan DTX və digər Güc Strukturları şükürlər olsun ki, XXI əsirdə öz işlərinin öhtəsindən məharətlə gəlirlər.
Məhz terrorla mübarizədə fəaliyyətlərinin öhdəsindən gəlib daxili sabitliyi, əmin-amanlığı qoruduqları səbəbdən ölkədə mövcud olan güc strukturları özbaşınalıqlarına dözmək olar!

/İbrahim Həsənovu /-*(İBO) *-


11:36 29.03.2024
Xəbər lenti
Bütün xəbərlər