KANAL24.AZ
Az Iw En Ru

Yevlaxda dəmir yolu ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb? - DƏLİXANADIR, VALLAH...

Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmir yolunda aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb.
Yeniavaz.com-a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib və nəticədə uzun tıxaclar yaranıb.
“İşə, dərsə, həkimə tələsənlər çarəsiz qalıb. Guya keçiddə təmir aparılır. 2 kilometr uzunluğunda tıxac yaranıb. Düz 55 dəiqə yol bağlı qalıb. Bir nəfər də çıxıb bununla bağlı camaata açıqlama verməyib ki, nə məsələdir?”, - adının açıqlanmasının istəməyən sürücü bildirib.
Müraciət edənlər redaksiyamıza fotolar da təqdim ediblər.

Yevlaxda dəmir yolu ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?
Yevlaxda dəmir yolu ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?
Yevlaxda dəmir yolu ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?
Yevlaxda dəmir yolu ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?

Məsələ ilə bağlı Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, 28 mart 2024-cü il tarixində saat 12:00-14:00 arası Yevlax rayonunun Yuxarı Qarxun kəndində Yevlax-Xaldan avtomobil yolunun dəmir yolu ilə kəsişməsində yerləşən qorunan dəmir yolu keçidində planqrafik üzrə aparılacaq təmir işləri ilə əlaqədar 18 mart 2024-cü il tarixində müvafiq qurumlara, o cümlədən Yevlax Rayon Polis İdarəsinə yazılı müraciət edilib:
“Müraciətdə keçiddə avtomobil nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması zərurəti yarandığından, sözügedən saatlarda nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yol kimi Xaldan-Ağdaş-Ləki, Yevlax-Ləki-Ağdaş avtomobil yolundan istifadə olunması təklif olunub”.


14:39 29.03.2024
Xəbər lenti
Bütün xəbərlər