KANAL24.AZ
Az Iw En Ru

Növbədənkənar iclas başladı - Yenilənir

Milli Məclisin növbədənkənar iclası başlayıb.

Kanal24 xəbər verir ki, iclasda deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında layihə müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib. Milli Məclisin İntizam komissiyası deputatın toxunulmazlığının ləğv edilməsinin lehinə səs verib.

 

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

***

Spiker Sahibə Qafarova bildirib ki, Konstutisiyanın 90-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Baş Prokuror parlamentə müraciət edib: “Təqdimatda Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi xahiş olunur. Baş Prokurorun təqdimatına 7 gün ərzində baxılmalıdır. Ona görə də 53 deputatın tələbi ilə iclas çağırılıb”.

***

Baş Prokuror Kamran Əliyev iclasda çıxış edərək bildirib ki, təqdimatın ünvanlaması üçün kifayət qədər əsaslar olub: “Təqdimata İntizam Komissiyası tərəfindən baxılaraq müvafiq rəy verilib. Təqsirsizlik prezumpsiyasına toxunmadan bildirmək istəyirəm ki, bütün dünya təhlükəli olan COVİD pandemiyası ilə üzləşib. Azərbaycanda ölkə Prezidenti, bütün dövlət qurumları tərəfindən uğurlu siyasət aparılır. Mehriban xanımın da diqqət və qayğısı danılmazdır. Bu zaman Operativ Qərargahın rolu əhəmiyyət kəsb edir.

Bu sahədə çətin məsuliyyət DİN əməkdşalarının üzərinə düşür. Onlar da bu sahədə səmərəli fəaliyyət göstərirlər. Təəssüflər olsun ki, deputat Eldəniz Səlimov qohumuna məxsus olan “Starıy dvor” restoranına gəlib və Mirzəyev Zaurun nə üçün həmin restorana gəlməsi, gecə 12-dən sonra restoranın işləməsinə irad tutulmasına görə sonradan polisin atası ilə əlaqə saxlayıb, görüşə çağırıb. Hüquqi tərəfdən isə biz artıq cinayət işi başlamışıq. 30 iyul tarixdə məlumat Baş Prokurorluğa məlumat daxil olub. Fakta görə cinayət işnin başlanması üçün kifayət qədər əsaslar olub. Ona görə də E. Səlimovun toxunulmazlığına xitam verilməsi zəruridir”.


18:20 03.08.2021
Xəbər lenti
Bütün xəbərlər